Dünya

Bundestaq Macarıstanı Aİ Şurasına sədrlikdən məhrum etməyə çağırıb

Bundestaq Macarıstanı Aİ Şurasına sədrlikdən məhrum etməyə çağırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfərinə görə Macarıstan Aİ Şurasına sədrlikdən istefa verməlidir.

7Times.az xəbər verir ki, bunu Bundestaqın (Almaniya parlamenti) Xarici siyasət komitəsinin Sosial Demokrat Partiyasından olan sədri Mixael Rot deyib.

“Orbanın Aİ Şurasına sədrliyindən biabırçı şəkildə sui-istifadə etməsi və mandatsız Kremlə getməsi qalmaqaldır. O, Aİ-nin xarici siyasətinin əsas prinsiplərini sarsıdır. Ya Macarıstan hökuməti Aİ-dəki hazırkı roluna hörmətlə yanaşır, ya da sədrlikdən getməlidir”, – o, sosial şəbəkədə yazıb.

İyulun 5-də Kremldə Rusiya Prezidenti Vladimir Putin və Orban arasında 2,5 saatdan çox davam edən danışıqlar keçirilib.