Sağlamlıq

Bunları etmək gözlərimiz üçün faydalıdır

Bunları etmək gözlərimiz üçün faydalıdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan orqanizminin ən vacib orqanlarından biri də gözlərdir. Müxtəlif göz xəstəlikləri olduğu kimi həm də faydalı müalicə üsulları var. 
Yeniavaz.com həkim-fitoterapevt Fizuli Hüseynovun gözlər üçün faydalı məsləhətlərini təqdim edir:
– 4-5 tel zəfəran götürüb, 1 xörək qaşığı suda dəmləyib, gündə beş-altı dəfə gözə tökmək gözü işıqlandırır.
– Zəfəranın 1 qramını 4 hissəyə bölüb, 1 hissəni götürüb, üstünə axşam 1 stəkan isti (qaynar yox) su töküb, səhər ac qarına için, qalan zəfəranların üstünə yenə 1 stəkan isti su töküb axşam yatmazdan 1 saat əvvəl için, zəfəranları da yeyərsiniz. Belə etmək gözləri işıqlandırır.
– Göz ətrafına gündə 2 dəfə səhər və axşam qarazirə yağı çəkmək gözləri işıqlandırır.
– Balıq, balıq kürüsü, balıq yağı istehlak etmək gözləri işıqlandırır
– Okean məhsullarının hamısı gözləri işıqlandırır.
– Axşam gözə ismid sürməsi çəkib yatmaq gözləri işıqlandırır.
– Kök və balqabaq yemək və ya şirələrini çəkib içmək gözləri işıqlandırır.
– 300 qram qaragilə meyvəsi götürüb üyüdün, 1 kq bal ilə qarışdırın gündə üç dəfə yeməkdən əvvəl bir dolu çay qaşığı yemək gözləri işıqlandırır.
– Başdan hicama etdirmək gözləri işıqlandırır
– Göz ətrafından həftədə 6 ədəd cəmi 42 ədəd zəli qoydurmaq gözləri işıqlandırır.
– Sonda onu vurğulayım ki, bütün bunları edən zaman göz məşqləri etməyi unutmayın. Gündə 2 dəfə hər dəfə də 15 dəqiqə yaxına (gözdən 5 sm aralı) və uzağa (ən azı 1 km) baxın.