Aktual

Burbok: “Kremlin təklif etdiyi sülh yeni müharibə gətirəcək”

Burbok: “Kremlin təklif etdiyi sülh yeni müharibə gətirəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniyanın xarici işlər naziri Annalena Burbok hesab edir ki, Kremlin təklif etdiyi sülh sazişi Avropaya yeni müharibə gətirəcək”.

Sfera.az xəbər verir ki, bu barədə xarici işlər naziri “Bild” nəşrinə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, Putin Qərbin dinc nizamını məhv edib:

“Məqsədimiz sülhdür – Ukraynadakı insanlar, özümüz və övladlarımız üçün. Söhbət təkcə müharibənin olmamasından deyil, həm də azad həyatın təhlükəsizliyindən gedir. Lakin Avropada bildiyimiz dinc nizam məhv edildi. Biz bir daha heç vaxt Putinin vədlərinə inanmayacağıq”.