Dünya

Bütün dünyanın xilasetmə əməliyyatını həyəcanla izlədiyi beş yaşlı Rayan öldü

Bütün dünyanın xilasetmə əməliyyatını həyəcanla izlədiyi beş yaşlı Rayan öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərakeşin Şafşavan əyalətində 30 metrdən çox dərinliyi olan quyuya düşən beş yaşlı Rayanın xilasedilməsi əməliyyatı beşinci gündə yekunlaşıb.

Azyaşlı quyudan xilas edilərək xəstəxanaya çatdırılıb. Lakin beş yaşlı Rayanın həyatını xilas etmək mümkün olmayıb. Yerli mətbuat onun ölümü ilə bağlı xəbər yayıb.

Xatırladaq ki, hadisə fevralın 1-də baş verib. Xilasetmə əməliyyatı zamanı uşaq üçün quyuya oksigen balonu, su, yemək və müşahidə kamerası endirilib. Xilasetmə işlərinə yüzlərlə insan cəlb edilib. Hadisə yerində mühəndislər və xüsusi texnika çalışıb. Həkimlər uşağa dərhal ilkin tibbi yardım göstərmək üçün hadisə yerində günlərlə gözləyiblər. Oğlanı dərhal xəstəxanaya aparacaq vertolyot da hazır vəziyyətdə gözlədilib.