Dünya

“Bütün məsələləri Bakı ilə birbaşa müzakirə edirik, bizə vasitəçilər lazım deyil” – Mariya Zaxarova

“Bütün məsələləri Bakı ilə birbaşa müzakirə edirik, bizə vasitəçilər lazım deyil” – Mariya Zaxarovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi “vəziyyətin sabitləşməsinə töhfə verərdi”, – bu gün brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasına daxil deyil”, – o qeyd edib.

Eyni zamanda, Zaxarova deyib ki, “təşkilatın missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə vəziyyətin sabitləşməsinə mühüm töhfə verərdi. Top erməni tərəfindədir”.

Erməni jurnalistin “Laçın dəhlizinin açılmasına nail olmaq üçün Bakının dinləmədiyi çağırışlardan başqa Rusiyanın digər mexanizmləri varmı?” və “Qarabağ ermənilərini “təyyarə və helikopterlərlə təchiz etmək mümkündürmü? ” suallarına Zaxarova belə cavab verib: “Biz bütün tərəflərlə təkcə ictimai müstəvidə çalışmırıq bu, metodologiya məsələsinə aiddir. Humanitar yardımın çatdırılmasına gəlincə, başa düşdüyümüz kimi, hazırda ayrı-ayrı ölkələr və beynəlxalq qurumlar bu məsələnin həlli üçün müxtəlif variantlar üzərində işləyirlər”.

Söhbətin Ağdam vasitəsilə təchizatdan getməsi barədə aydınlaşdırıcı suala Zaxarova belə cavab verib: “Mən bunu konkretləşdirmirəm, əgər konkretləşdirmək lazımdırsa, ekspertləri dəqiqləşdirəcəyəm”.

Azərbaycanın Ukraynaya 7,6 milyon dollarlıq humanitar yardım göstərməsinə Moskvanın münasibəti barədə sualın cavabında Zaxarova deyib ki, bunun ermənilərə aidiyyatı yoxdur.

“Konstruktivdən tutmuş problemliyə qədər bütün məsələləri Bakı ilə birbaşa müzakirə edirik və bizə vasitəçilər lazım deyil”, – Zaxarova qeyd edib.