7times.az xəbər verir ki, “Caliber” layihəsinin “YouTube” hesabında növbəti təhlil yayımlanıb.
“Ermənilər ərazi itirməyə davam edir” başlıqlı təhlildə Qüdsün erməni patriarxlığının arxiyepiskopu Nurxan (Poqos) Manukyanın qanunsuz şəkildə erməni məhəlləsi ərazisinin bir hissəsini 99 il müddətinə icarəyə verməsi məsələsinə toxunulub. Sözügedən ərazidə hotel tikilməsi nəzərdə tutulub. Bundan əlavə, videoda sözügedən məsələ ətrafında yaranmış narazılıqların aradan qaldırılması üçün saxta bəyanatlara əl atılması kimi faktlar da ortaya qoyulub.
Ətraflı videoda: