“Kanal D”də yayımlanan “Camdaki kız” serialı finala hazırlaşır.
Axşam.az xəbər verir ki, bu haqda ekran işində Muzo obrazını canlandıran aktyor Enis Arıkan jurnalistlərə açıqlamasında deyib. Dostları ilə birlikdə şam yeməyinə yollanan aktyor restorandan çıxarkən obyektivlərə tuş gəlib.
Sualları cavablandıran Arıkan serialla bağlı “Yavaş-yavaş sonuna gəldik. Möhtəşəm bir yaradıcı heyətlə uzun müddətdir çalışırıq. Yaxşı günlər keçirtdik. Çox gözəl dostlar qazandım” sözləri söyləyib.
Follow @7timesaz