Maqazin

Canana OD PÜSKÜRDÜ: Kərim övladıma…

Canana OD PÜSKÜRDÜ: Kərim övladıma…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana “Tarixin bir günü” proqramına gələrək ötən gün oğlu ilə bağlı yayılan videodan bəhs edib.

7Times.az  Axşam.az-a istinadla xəbər verir ki, Canana keçmiş həyat yoldaşı Kərimin hazırda ailəli olduğu qadının onun övladlarına əziyyət verdiyini, evə buraxmadığını, oğlu Tuncayı küçədə saxlayıb, qapı açmadığını əks etdirən video yayımlayıb.

Canana hətta iddia edib ki, Kərim övladına şiddət göstərib:

“İçəridən dedilər ki, anan getsin. Mən də dayandım aşağıda, Kərim gəldi qapını açdı və Tuncay evə girdi. Tuncayla Kərim əlbəyaxa dalaşıb. Səadət (Mətanət İsgəndərlinin bacısı – red.) yazıb mənə ki, sən gəldin deyə, ata-bala dalaşdılar. Əlbə-yaxa olublar. Tuncayın üstünə qışqırıb ki, qapını niyə vurursan? Qızıma da deyiblər ki, sənin anan Canana deyil, Ayseldir (Kərimin hazırda ailəli olduğu xanım – red.)”.

O, daha sonra keçmiş həyat yoldaşının onu hədələdiyini vurğulayıb:

“Kərim mənə zəng etdi ki, başına gör nə oyun açacağıq, səni polisə verəcəyik. Məni şantaj etdilər evdən imtina etdim. Həyatım belə təhlükəlidir. Uşaqlar aylardır yeni evi gözləyirdilər. Mətanət İsgəndərli deyirdi ki, uşaqlar mənimlə qalacaq. Mən də demişdim ki, gəlinsiz uşaqlar o evdə qalsın. Yeni bilmişəm ki, uşaqlar gəlinlə qalır, Mətanətlə yox. Mətanət xanım isə tək yaşayır”.

Canana əlavə edib ki, Tuncay dünən evdən gedərək, dayısı gildə qalıb.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.