Maqazin

“Canıma baxanda gözlərim ürək formasında olur”

“Canıma baxanda gözlərim ürək formasında olur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənnilər Təranə Qumral və Musa Musayev eşqlərini bir-birilərinə yenidən etiraf ediblər. 

OLAY yazır ki, cütlük “Gül kimi şou”ya qonaq olarkən sevgi hekayələrindən danışıblar. T. Qumral kişilərin nazı ilə oynamağın vacibliyindən danışıb:

“Kişilər uşaq kimidir. Qadınlar gərək kişiləri yola versin. Yeməyinə, içməyinə diqqət yetirməlidirlər. Bizim heç vaxt ayrılığımız olmayıb.  Dalaşsaq da, danışmışıq. Bizim ayrılığımız Sevgimi (qızı – red) hazırlığa aparanda olur. İndiki gənclər belə sevə bilmir”. 

 Onun sözlərinə Musayev bunları əlavə edib: “Bütün gənclərə arzu edirəm ki, ürəkdən sevsinlər. İndikilər hər şeyi maddiyatda görürlər. Mən həmişə canıma baxanda gözlərim ürək formasında olur”.