Maqazin

Cavanşir Məmmədov Lalə Azərtaşı özündən çıxardı: “Kim olduğunu bilmirdim”

Cavanşir Məmmədov Lalə Azərtaşı özündən çıxardı: “Kim olduğunu bilmirdim”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Cavanşir Məmmədovla keçmiş kürəkəni Mustafa İbili arasında pul qalmaqalı davam edir.

7Times.az  yazır ki, M.İbili Lalə Azərtaşın aparıcılığı ilə yayımlanan “Təsir dairəsi” verilişinə müraciət edib. Proqrama İbilinin keçmiş qayınatası ifaçı C.Məmmədov da qatılıb.

Müğənninin aparıcıya qarşı irəli sürdüyü iddialar Lalə Azərtaşı əsəbiləşdirib.  Cavanşir Məmmədov keçmiş kürəkəninin verilişə sifarişlə çıxarıldığını deyib.

C.Məmmədov deyib ki, keçmiş kürəkəni verilişə müraciət edəndən 15 dəqiqə sonra efirə çıxarılıb.

“Adam 2 ay içində məktub yazıb. Kim olduğunu bilmirdim. Bilsəydim də çağırardım” – deyə Azərtaş deyilənlərə etirazını bildirib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.

OLAY