“Bu gün Türk dünyası tarixdə olduğu kimi geosiyasi mərkəzə çevrilib”.
Bu sözləri Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu deyib. Nazirin çıxışı rəsmi “Twitter” hesabında yayımlanıb.
M. Çavuşoğlu bəyan edib ki, Türkdilli dövlətlər enerji, ticarət, logistika sahəsində şərqlə qərbi birləşdirən strateji mövqeyə sahibdirlər.
“Dünyanın hazırda keçdiyi bu çətin vaxtda beynəlxalq rifah üçün türk dünyasının önəmi daha da artıb. Artan enerji və qida qiymətləri bütün dünyanı təhdid edir. Türk dünyası olaraq bu hadisələr birbaşa bizə də təsir edir. Bu gün birlikdə atmaq iqtidarında olduğumuz addımları dəyərləndirəcəyik”, – deyə Türkiyənin XİN başçısı vurğulayıb.
Follow @7timesaz