Dünya

Çavuşoğlu: “Blinkenlə görüşümüzdə Azərbaycanın barış üçün nə qədər səmimi olduğunu bildirdik”

Çavuşoğlu: “Blinkenlə görüşümüzdə Azərbaycanın barış üçün nə qədər səmimi olduğunu bildirdik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Entoni Blinkenlə görüşümüzdə qardaş Azərbaycanın barış üçün nə qədər səmimi olduğunu bildirdik”.

Bunu “Report”un yerli bürosuna açıqlamasına ABŞ-də dördgünlük rəsmi səfərinin yekununda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, ABŞ-dəki türk toplumu ilə bütün görüşlərində Azərbaycan və Türkiyə qardaşlığından bəhs edib: “Bununla yanaşı, ABŞ dövlət katibi Entoni Blinkenlə görüşümüzdə Cənubi Qafqazya çərçivəsində qardaş Azərbaycanın barış üçün nə qədər səmimi olduğunu, təkliflərinin diqqətə alınması gərəkdiyini, provokasiyaların dayandırılmasının vacib olduğunu söylədik. Bizim olmadığımız yerlərdə başda cənab Prezident İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımız Türkiyənin haqlarını müdafiə edirlər. Bizdə Azərbaycanın olmadığı yerlərdə eyni şəkildə Türkiyə Prezidenti və bizlər qardaş Azərbaycanın haqlarını hər yerdə müdafiə edirik. Çünki biz bir millətik”.