Dünya

Çavuşoğlu: “Ermənistanda cəsarət haradandır?”

Çavuşoğlu: “Ermənistanda cəsarət haradandır?”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Anadolu” agentliyinin “Editör masası” verilişinə qonaq olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Qarabağ məsələsi 30 ildir həll edilmədiyi üçün Ermənistanın cəsarəti artıb:

“Ermənistan beynəlxalq hüququ heçə sayaraq, problemin diplomatiya və müzakirə ilə həllini istəmir. Azərbaycanın 20 faiz torpaqlarını işğal etdikdən sonra digər ərazilərinə də iddia edib. O, bunu iyul ayında Tovuza etdiyi hücumlarla göstərdi.

Biz o zaman da Ermənistana xəbərdarlıq etmişdik. Onlara bildirmişdik ki, hər zaman Azərbaycanın yanındayıq, Ermənistan bu elədiklərinə görə cavab verəcək.

Bəs bu qədər xəbərdarlığa rəğmən Ermənistanda cəsarət haradandır?”

Oxu.az