Dünya

Çavuşoğlu: “İlk dəstək təklif edənlər arasında ən az inkişaf etmiş ölkələr oldu”

Çavuşoğlu: “İlk dəstək təklif edənlər arasında ən az inkişaf etmiş ölkələr oldu”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada keçirilən 5-ci Ən Az İnkişaf etmiş Ölkələr Konfransında iştirakçılara müraciət edib.

Çavuşoğlu Türkiyənin Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində dərin kədər içində olduğunu ifadə edib:

“Fevralın 6-da Türkiyənin cənub-şərqində iki zəlzələ baş verdi, millətimiz bu gün dərin hüzn içərisindədir. Bununla belə, səmimi formada edilən beynəlxalq həmrəylik ürəyimizi isitdi, bizə güc verdi. Ən qaranlıq günlərdə dəstək və həmrəylik təklif edən ilk ölkələr arasında ən az inkişaf etmiş ölkələr oldu. Biz bilirik ki, bu yardım əli bəzi hallarda əhəmiyyətli bir fədakarlıqdır. Türk milləti bunu heç vaxt unutmayacaq. Zəlzələlərdən sonra həmrəyliyiniz bir daha göstərdi ki, siz mənən ən çox inkişaf etmiş və səxavətlisiniz. Türkiyədəki qardaşlarınız sizə təşəkkür edir”.(bizimyol.info)