Dünya

Çavuşoğlu: “Payız aylarında Ukraynada müharibənin daha da şiddətlənəcəyindən narahatıq”

Çavuşoğlu: “Payız aylarında Ukraynada müharibənin daha da şiddətlənəcəyindən narahatıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Payız aylarına doğru Ukraynada müharibənin daha da şiddətlənəcəyindən narahatıq”.

7Times.az  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə müharibənin ilk günündən bəri tərəflər arasında sülhün əldə olunmasına çalışır: “Bu istiqamətdə səylərimizi davam etdiririk. Hər iki tərəf İstanbulda görüşəndə sülhə çox yaxın idi, amma təəssüf ki, bu, olmadı”.

Nazir söyləyib ki, Türkiyənin sülh istiqamətindəki səyləri bundan sonra da davam edəcək.