“Döyüş meydanında və diplomatiya masasında Azərbaycanın yanındayıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ədalət İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuşla birlikdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimi iqamətgahında ziyarətdən sonra mətbuata açıqlamasında deyib.
“Bu məsələni kökündən həll etmək istəyirik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.
Türkiyəli nazir vurğulayıb ki, bu münaqişənin tək bir həll yolu var: “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Bu olmadığı təqdirdə problem həll edilməyəcək”.
Follow @7timesaz