Sağlamlıq

Çayın ürəyin sağlamlığına 3 FAYDASI

Çayın ürəyin sağlamlığına 3 FAYDASIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox insanlar bilmir ki, çay ürək üçün çox faydalı sayılır.

Çayın ürəyin sağlamlığına olan faydaları bunlardır:

– çay sidikqovucu təsir edir və bu səbəbdən ödemləri və ürəyə düşən gərginliyi azaldır

 

– çay təzyiqi aşağı salmağa kömək edir

– çay damarları “pis” xolesteroldan təmizləyir və bununla ürək xəstəliklərinin, insultun və infarktın riskini azaldır.

Lakin çayın bu gözəl müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün onu düzgün seçmək, dəmləmək və qəbul etmək lazımdır.

Yarpaqları iri olan çay növlərinə üstünlük verin. Belə çay daha faydalı sayılır.

Çayı dəmlədikdən dərhal sonra için. Çay qaldıqca onun faydalı xüsusiyyətləri çox tez azalır.

Gün ərzində 3-5 fincan təzə dəmlənmiş çay için. Həkimlər çayı bundan artıq içməyi tövsiyə etmirlər.

Çayı dəmirlə zəngin olan qidalardan (söhbət əsasən ətdən gedir) sonra içməyin. Çayın tərkibində olan maddələr dəmirin mənimsənilməsinə mane olur.