Türkiyəli aktrisa Burcu Özberk şəxsi həyatı ilə bağlı açıqlama verib.
7times.Az sfera.az-a istinadən bildirir ki, aktrisa bu barədə “Elele” jurnalına danışıb. “Məncə, sevgi bağlılıqdır, xəstəlik kimidir”, deyən Burcu bir dəfə aşiq olduğunu da etiraf edib.
“Həyatımda ilk dəfə birinin hər anımda yanımda olmasını istədim. Amma məni başqa birinə çevirdi. Azadlığımdan, yaşam tərzimdən imtina etdim”, – deyə o əlavə edib.