İdman

Çeferin “Mançester Siti”nin avrokuboklardan uzaqlaşdırılmalı olduğuna əmindir

Çeferin “Mançester Siti”nin avrokuboklardan uzaqlaşdırılmalı olduğuna əmindirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA prezidenti Aleksander Çeferin İngiltərənin “Mançester Siti” klubunun Maliyyə feyr-pleyi (FFP) qaydalarını pozduğuna əmin olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, qurum başqanı 2020-ci ildə “şəhərlilər”i cəzalandırmaqda haqlı olduqlarını deyib.

İdman Arbitraj Məhkəməsi (CAS) qərarı ləğv etsə də, sloveniyalı futbol funksioneri belə danışıb: “Haqlı olduğumuzu düşünməsək, bu qərarı verməzdik. 25 il məhkəmə vəkili kimi çalışmışam və bilirəm ki, bəzən uduzacağınıza əmin olduğunuz bir işi udursunuz, bəzən isə əksinə olur”.

Qeyd edək ki, UEFA 2020-ci ildə “Mançester Siti”ni Maliyyə feyr-pley qaydalarını pozduğuna görə 2 il müddətinə avrokuboklardan kənarlaşdırmışdı. Lakin sonradan İdman Arbitraj Məhkəməsi Premyer Liqa klubunun şikayətini müsbət qiymətləndirərək, cəzanı ləğv etmişdi.