Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
7times.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Bayramov Cavid Nəriman oğlu keçmiş həyat yoldaşı, 1976-cı il təvəllüdlü Xanalıyeva Rəna Allahqulu qızına çoxsaylı bıçaq zərbələri vuraraq onu qətlə yetirib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. İlkin məlumatlara əsasən, qətl hadisəsi ötən gecə 2-3 radələrində R.Xanalıyevanın yaşadığı evdə baş verib.
Qeyd edək ki, cütlüyün məktəbli iki övladı var.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır. Qafqazinfo.az
Follow @7timesaz