Ölkə

Cəlilabaddakı dəhşətli qəzanın görüntüləri – ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN

Cəlilabaddakı dəhşətli qəzanın görüntüləri – ÜRƏYİ ZƏİF OLANLAR BAXMASINbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

İnterpress.az xəbər verir ki, hadisə bu gün hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “BMW” markalı minik avtomobili “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Daha sonra zərbənin təsirindən “VAZ 2107” markalı minik avtomobili əks istiqamətdən gələn “Atika” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə rayonun Maşlıq kənd sakinləri – Adıgözəlov Tural İntiqam oğlu, Quliyev Mürsəl Alim oğlu və İsmayılzadə Qorxmaz Rahim oğlu hadisə yerində ölüb.

Həmin kənd sakinləri – 1997-ci il təvəllüdlü Vəlizadə Kamran İbadulla oğlu, 1958-ci il təvəllüdlü Şahbazov Hacıbala Balabəy oğlu, 1994-cü il təvəllüdlü Eyvazov Cahid Təbiət oğlu və Cəlilabad şəhər sakini, 1982-ci il təvəllüdlü İsmayılov Balasər Həsən oğlu isə xəstəxanaya yerləşdirilib.

Ölən şəxslərin “VAZ 2107” də olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.