“Çelsi” klubunun rəhbərliyi yaxın tezliklə komandanın baş məşqçisi Qrem Potterin taleyinin həll olunacağı toplantı keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano özünün “Youtube” kanalında bildirib.
O, London klubunun sükanı arxasına Yulian Nagelsmanın keçə biləcəyini deyib: “Məlumdur ki, “Çelsi” rəhbərliyi Qrem Potterlə vəziyyəti müzakirə edəcək. Klub sahibləri və idarə heyətinin üzvləri iclas keçirəcək. Görüşün nəticəsi olaraq onun gələcəyi ilə bağlı hökm olacaq: ya onu dəstəkləməyə davam edəcəklər, ya da istefaya göndərəcəklər.
“Çelsi”nin mövqeyini gözləyirik. Sadəcə qeyd edim ki, Yulian Nagelsmanın “Çelsi”yə təyinatı yüksək qiymətləndirilir.
Növbəti saatlar/günlər çox önəmlidir”.
Qeyd edək ki, Yulian Nagelsman bir müddət əvvəl “Bayern Münhen”in baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb. Onun yerini “Çelsi”nin keçmiş baş məşqçisi Tomas Tuxel tutub.
Dünən, aprelin 1-də “Çelsi” sensasiyalı şəkildə “Aston Villa”ya uduzaraq Premyer Liqa cədvəlində 11-ci pilləyə geriləyib.
Follow @7timesaz