İdman

“Çelsi”nin futbolçusu “Fənərbağça”da?

“Çelsi”nin futbolçusu “Fənərbağça”da?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Fənərbağça” “Çelsi” klubunun futbolçusu ilə maraqlanır. 

7Times.az  “Aspor”a istinadən xəbər verir ki, “sarı-lacivərtlər” Ruben Loftus-Çiki heyətinə cəlb etmək istəyir. “Fənərbağça” 27 yaşlı yarımmüdafiəçi üçün “Çelsi”yə 7-8 milyon avro təklif etməyi planlaşdırır.

Karyerasında yeni səhifə açmaq istəyən Loftus-Çikin “Fənərbağça”nın bu təklifi ilə razılaşacağı gözlənilir.

Qeyd edək ki, Rubenin “Çelsi” ilə müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq. O, cari mövsüm “zadəganlar”ın heyətində 28 oyuna çıxıb, 1 assistlə yadda qalıb.