İdman

“Çelsi”nin hücumçusu “Fənərbağça”ya keçə bilər

“Çelsi”nin hücumçusu “Fənərbağça”ya keçə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə transfer pəncərəsinin 18 fevraladək uzadılmasından sonra “Fənərbağça” hücum xəttinə futbolçu axtarışlarını davam edir.

 Offsideplus.az “Fanatik”ə istinadən xəbər verir ki, “sarı-lacivərtlər” PSJ-yə transferi gerçəkləşməyən Hakim Ziyexi heyətinə cəlb etməyi planlaşdırır. Klub mərakeşli futbolçunun icarəsi ilə bağlı “Çelsi” ilə danışıqlara başlayıb.

Ziyexin transferi baş tutmasa “Fənərbağça” “Karagümrük”dən Fabio Borinini transfer edəcək. İtaliyalı futbolçu Türkiyə Superliqasında keçirdiyi 20 oyunda 13 qol vurub, 8 assistə imza atıb. Borini “Fənərbağça”ya keçməkdə istəkli olsa da, “Karagümrük” hücumçusunu buraxmaq istəmir.