“Milan” heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi “Çelsi”dən Ruben Loftus-Çiki transfer edib.
İtaliya klubu 27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə imzaladığını açıqlayıb. “Milan” bu keçidə görə 16 milyon avro ödəyib.
Ruben “Çelsi”nin yetirməsidir. O, London klubu ilə Premyer Liqa, Avropa Liqası və UEFA Super Kubokunu qazanıb.
“Çelsi” bu ayrılığın ardından “Vilyarreal”ın hücumçusu Nikolas Ceksonun transferini də açıqlayıb. 22 yaşlı seneqallı ilə 8 illik müqavilə imzalanıb. Londonlular bu transferə görə 37 milyon avro ödəyiblər.
Follow @7timesaz