İdman

“Çelsi” və “Mançester Siti” Premyer Liqadan qovula bilər

“Çelsi” və “Mançester Siti” Premyer Liqadan qovula bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Çelsi” və “Mançester Siti” maliyyə feyr-pleyini pozmaqda təqsirli bilinsələr, Premyer Liqadan qovulacaqlar.
7Times.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 2024-cü ilin payızında müstəqil komissiya “Çelsi”nin işini araşdırmağa başlayacaq. Hazırda kluba qarşı ittiham irəli sürülməyib, lakin Roman Abramoviçin dövründən qalma maliyyə pozuntuları ötən ilin yayında üzə çıxıb.
Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt-sterlinqə alıb. O vaxtdan bəri London klubu beş dəfə İngiltərə Premyer Liqasının çempionu, iki dəfə Çempionlar Liqası və Avropa Liqasının, beş dəfə İngiltərə Kubokunun, üç dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. 2022-ci ilin mayında o, klubu sanksiyalara görə satıb.
2023-cü ildə “Mançester Siti”yə qarşı maliyyə feyr-pley qaydalarını pozduğuna görə 115 ittiham irəli sürülüb.
Klublar bu səbəbdən İngiltərə Premyer Liqasından xaric oluna bilər.
(Qaynarinfo)