Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.
7Times.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.
Gecənin ən prinsipial matçı İngiltərədə “Çelsi” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında olacaq. Qarşılaşmanı niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.
Məlumat üçün bildirək ki, Dortmunddakı ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.
Digər qarşılaşmada “Benfika” Portuqaliyada Belçika “Brügge”sini qəbul edəcək. Matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halil Umut Meler olacaq. İlk görüşdə Lissabon təmsilçisi rəqibini məğlub edib – 2:0.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 mart
00:00. “Çelsi” (İngiltərə) – “Borussiya” Dortmund (Almaniya)
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun – 0:1
London, “Stemford Bric” stadionu
00:00. “Benfika” (Portuqaliya) – “Brügge” (Belçika)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun – 2:0
Lissabon, “Eştadiu du Benfika” stadionu
Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları martın 8-i, 14-ü və 15-də keçiriləcək.
Follow @7timesaz