İdman

Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək – AFİŞA

Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək – AFİŞAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start veriləcək.

A, B, C və D qrupunun oyunları keçiriləcək.

A qrupunda yer alan “Qalatasaray” Türkiyədə Almaniyanın “Bavariya” klubunu qəbul edəcək. Qrupun digər matçında “Mançester Yunayted” “Kopenhagen”i sınağa çəkəcək.

C qrupunda “Real Madrid” səfərdə “Braqa” ilə üz-üzə gələcək. Qrupun digər görüşündə “Union” Almaniyada “Napoli”ni qəbul edəcək.

D qrupunda yer alan turnirin son finalçısı “İnter” “Zaltsburq”u sınağa çəkəcək. B qrupunda “Arsenal” “Sevilya”nın qonağı olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

24 oktyabr

A qrupu

20:45. “Qalatasaray” (Türkiyə) – “Bavariya” (Almaniya)

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka)

Xal durumu: “Bavariya” – 6, “Qalatasaray” – 4, “Kopenhagen” – 1, “Mançester Yunayted” – 0.

B qrupu

23:00. “Sevilya” (İspaniya) – “Arsenal” (İngiltərə)

23:00. “Lans” (Fransa) – PSV (Niderland)

Xal durumu: “Lans” – 4, “Arsenal” – 3, “Sevilya” – 2, PSV – 1.

C qrupu

23:00. “Braqa” (Portuqliya) – “Real Madrid” (İspaniya)

23:00. “Union” (Almaniya) – “Napoli” (İtaliya)

Xal durumu: “Real Madrid” – 6, “Napoli” – 3, “Braqa” – 3, “Union” – 0.

D qrupu

20:45. “İnter” (İtaliya) – “Zaltsburq” (Avstriya)

23:00. “Benfika” (Portuqaliya) – “Real Sosyedad” (İspaniya)

Xal durumu: “Real Sosyedad” – 4, “İnter” – 4, “Zaltsburq” – 3, “Benfika” – 0.