İdman

Çempionlar Liqası: “Qalatasaray”ın rəqibi bilindi

Çempionlar Liqası: “Qalatasaray”ın rəqibi bilindibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

7Times.az  matc.az-a istinadən bildirir ki, püşkatma mərasimi qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.

Turnirə bu mərhələdən başlayacaq komandaların da potensial rəqibləi müəyyənləşib. Onlardan biri olan Türkiyə çempionu “Qalatasaray” I raundun “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) cütünün qalibini gözləyəcək.

Qeyd edək ki, II raundun oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Çempionlar Yolu
“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) cütü / “Qalatasaray” (Türkiyə)
“Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) cütü / “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütü
“Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütü / “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) cütü
“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) cütü / “Haken” (İsveç) – TNS (Uels) cütü
HIK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) cütü / “Molde” (Norveç)
“Şemrok Rovers” (İrlandiya) – İlkin mərhələnin qalibinin cütü / “Kopenhagen” (Danimarka)
“Farul” (Rumıniya) – “Şerif” (Moldova) cütü / “Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) cütü
“Aris” (Kipr) – “Partizani” (Albaniya) – BATE (Belarus) cütü
“Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina) cütü / “Slovan” (Slovakiya) – “Svift Hesperange” (Lüksemburq) cütü
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) cütü

Liqa Yolu
“Dnepr-1” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan)
“Servett” (İsveçrə) – “Genk” (Belçika)