Ölkə

Çempionlar Liqası: “Qarabağ” yenə TARİX YAZDI -Növbəti mərhələdə!

Çempionlar Liqası: “Qarabağ” yenə TARİX YAZDI -Növbəti mərhələdə!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

7Times.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İsveçrədə “Sürix”in qonağı olub. “Letziqrund” stadionunda baş tutan oyunun əsas vaxtında isveçrəlilər 2:1 hesablı qələbə qazanıb. İlk görüşdə “Qarabağ” 3:2 qalib gəldiyindən əlavə vaxta ehtuiac olub. Burada daha bir dəfə fərqlənən Azərbaycan təmsilçisi ümumi hesabda 5:4 üstün olaraq növbəti mərhələyə yüksəlib.Təmsilçimizin III təsnifat mərhələsindəki rəqibi “Slovan” (Bratislava, Slovakiya) – “Ferensvaroş” (Macarıstan) cütünün güclüsü olacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu

27 iyul

“Sürix” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) – 2:2
Qollar: 
Maksim Medvedev, 4 (öz qapısına), İvan Santini, 90+6 – Kadi Borqes, 55, Kvabena Ovusu, 98

Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)
Sürix, “Letsiqrund” stadionu.
İlk oyun – 2:3

“Sürix”: 25. Yanik Brexer (k), 2. Lindrit Kamberi, 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeragiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia
Baş məşqçi: Franko Foda

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Julio Romao, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov

Futbolpress.az