Dünya

Çempionlar Liqası: “Real Madrid” əzmkar qələbə ilə finala yüksəlib-VİDEO

Çempionlar Liqası: “Real Madrid” əzmkar qələbə ilə finala yüksəlib-VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında digər finalçının da adına aydınlıq gəlib.

7Times.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda İspaniyada İngiltərənin “Mançester Siti” klubunu 3:1 hesabı ilə məğlub edən “Real Madrid” həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Hesabı 73-cü dəqiqədə qonaqlardan Riyad Mahrez açıb. Meydan sahibləri 90-cı və 90+1-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.

İngiltərədəki ilk qarşılaşmada meydan sahibləri qələbə qazanmışdılar – 4:3.