İdman

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

“Report”un məlumatına görə, bununla da ikinci finalçının adına aydınlıq gələcək.

Yarımfinalın ilk oyununda İspaniyada “Real Madrid”lə 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşacaq. “Etihad” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

17 may

23:00. “Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Mançester, “Etihad” stadionu

İlk oyun – 1:1.

Qeyd edək ki, bu cütün qalibi finalda İtaliya “İnter”inə rəqib olacaq.