Dünya

“Cənab Kılıcdaroğlu, biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?!” – Çavuşoğlu

“Cənab Kılıcdaroğlu, biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?!” – Çavuşoğlubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana hər cür dəstək verdik. Kılıcdaroğlu isə deyir ki, biz sırf Azərbaycana dəstək vermişik. İndi soruşuram: “Biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?”.

7Times.az “KanalV”-yə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyada seçicilərlə görüşdə bildirib.

O, Türkiyənin türk dünyasını birləşdirən bir ölkə olduğunu xatırladaraq müxalifətin prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun Azərbaycanı Çin-Avropa yol xəritəsindən kənar tutmasına işarə edərək deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev deyir: “Siz bizi niyə kənarlaşdırırsınız?!” Kılıcdaroğlundan soruşur: “Siz Azərbaycandan nə istəyirsiniz?!”.

Mövlud Çavuşoğlu 44 günlük müharibə zamanı ölkəsinin tutduğu mövqedən bəhs edərək bunları söyləyib: “Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana hər cür dəstək verdik. Kılıcdaroğlu isə deyir ki, biz sırf Azərbaycana dəstək vermişik. İndi soruşuram: “Biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?! Azərbaycan öz torpaqlarını müdafiə etmək üçün döyüşdü, yəni Ermənistanın torpaqlarına hücum etməyib”.