Maqazin

Cennifer Enistonun gənc qalmaq sirləri

Cennifer Enistonun gənc qalmaq sirləribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu Cennifer Eniston “InStyle” jurnalına verdiyi müsahibədə gözəlliyinin və gənc qala bilməsinin sirlərini açıqlayıb.

Axşam.az xəbər verir ki, 54 yaşlı aktrisa bunun ilk növbədə yaxşı yatmaqla bağlı olduğunu deyib:

“Yuxu inanılmaz və gözəldir. Gənc olanda bunu dərk etmir, əhəmiyyət vermirdim. Düşünürsən ki, üç-beş saatlıq yuxu əla bir gün keçirməyə kifayətdir. Lakin sonra bu hiss yox olur və işini düzgün yerinə yetirə bilmirsən.

Artıq yaşlanmısınızsa, yuxu nəinki sizi dincəldir, məhsuldarlığınıza artırır, həm də sağlamlığınıza birbaşa təsir edir. Yuxusuzluq istər-istəməz müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Bu, əvəz edilməsi mümükün olmayan əskiklikdir”.

O, həmçinin, gündəlik iş rejiminə idman, kifayət qədər su içmək, meditasiya və duzlu vannalar qəbul etməyin daxil olduğunu vurğulayıb. Eniston əlavə edib ki, sağlamlığına diqqət etməyə pis vərdişləri olan valideynlərinə görə başlayıb.