Dünya

Cennifer Lopez klub prezidentinin yaxtasında ad gününü qeyd etdi – Video

Cennifer Lopez klub prezidentinin yaxtasında ad gününü qeyd etdi – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez ad gününü lüks bir yaxtada qeyd edib.

7Times.az “Daily Mail”ə istinadən xəbər verir ki, 130 milyon avro dəyərində olan yaxta Donetsk “Şaxtyor”unun prezidenti Rinat Axmetova məxsusdur. Hazırda yaxta satışa çıxarılıb və tez-tez məşhurlar və varlı insanlar tərəfindən icarəyə götürülür.

Gəmidə yeddi yataq otağı, lift, üzgüçülük hovuzu və jakuzisi olan geniş teras, hamam, spa müalicəsi otaqları, panoramik dəniz mənzərəli idman zalı, barbekyü və barın olduğu yemək otağı var.

Əlavə edək ki, Lopez ad gününü sevgilisi Ben Affleklə birgə qeyd edib.

Qol.az