Maqazin

Cennifer Lopez: “Sevdiyinizlə birlikdə olmaq üçün ikinci şans nadir fürsətdir”

Cennifer Lopez: “Sevdiyinizlə birlikdə olmaq üçün ikinci şans nadir fürsətdir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kino ulduzu və pop-estrada müğənnisi Cennifer Lopez aktyor Ben Affleklə sevgisi barədə danışıb.

52 yaşlı Lopezin sözlərinə görə, onların münasibətləri illər əvvəlki kimi deyil.

“Biz yetkinləşdik, daha ağıllı, daha təcrübəli olduq. Fərqli işlər görürük, uşaqlarımız var. Həyatın bütün sahələrinə münasibətdə çox diqqətli olmalıyıq. Bu, hər kəs üçün çox gözəl vaxtdır”, – deyə o, bildirib.

Bir-birlərinə daha çox dəyər verdiklərini qeyd edən sənətçi yenidən sevdiyi insanla birlikdə olmağı nadir fürsət adlandırıb.

“Biz bunu təbii qəbul etmirik”, – deyə o, bildirib.

Bundan əvvəl Afflek Lopeslə barışmağı “gözəl hekayə” adlandırsa da, onların münasibətlərinin təfərrüatlarını açıqlamaq istəmədiyini vurğulamışdı.

“Bu barədə fərziyyə edə bilərsiniz, lakin bu, mənim öyrəndiyim ən çətin dərslərdən biridir. Başa düşdüm ki, hər şeyi dünyanın qalan hissəsi ilə bölüşmək ağılsızlıqdır”, – deyə o bildirmişdi.