Maqazin

Cennifer Lopezin ikinci toyundan – Fotolar

Cennifer Lopezin ikinci toyundan – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün amerikalı müğənni-aktrisa Cennifer Lopezin aktyor Ben Affleklə ikinci dəfə toyu olub.

 

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün toyu aktyorun Corciya ştatında 87 hektar ərazisi olan malikanəsində baş tutub.

Lopez ikinci toyunda “Ralph Lauren” brendindən gəlinlik geyinib. Qonaqlardan bəziləri toya öz maşınlarında, bəziləri isə onlar üçün xüsusi ayrılmış 9 avtobusla gəliblər.

Dəvətlilər arasında Mett Deymon, Corc Kluni, Kevin Smit, Rene Zellveqer, Ceyn Fonda, Cimmi Kimmel kimi məşhurlar da olub.

Qeyd edək ki, onlar ötən ay səssiz-sədasız nikah masasına əyləşmişdilər. Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar. Onlar 17 illik ayrılıqdan sonra ötən il yenidən bir araya gəliblər.