Maqazin

Cennifer Lopezin mühafizəçisi özünü model kimi sınadı – VİDEO

Cennifer Lopezin mühafizəçisi özünü model kimi sınadı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cennifer Lopezin Meksikada “Netflix”də yayımlanacaq yeni elmi-fantastik serialı “Atlas”ın reklam çəkilişləri aparılır. 

7Times.az  bildirir ki, çəkilişlərdə amerikalı pop-divadan daha çox diqqət çəkən onunla eyni kadrda rol alan cangüdən qız olub. Video internetdə sürətlə yayılıb və çoxları bu tünd dərili gözəlin kim olduğu ilə maraqlanıb.
Cennifer Lopezin mühafizəçisi qız Or Abrahamdır. O, İsrail əsillidir.
Qız bütün çəkiliş boyu özünü çox nəzakətli aparıb, eyni zamanda zaldakı vəziyyəti çox diqqətlə izləyib.
Jurnalistlər sosial medianın yeni ulduzunun kimliyini açıqlayıb. Onun adı Or İbrahimdir. Sosial mediasında Or, əslən İsraildən olduğunu, lakin bir müddətdir Mexikoda yaşadığını yazıb.
Şəkillərə əsasən, qız çox fəal şəkildə özünü model kimi sınayır və bunun onun ən böyük arzularından biri olduğunu söyləyir. Bəlkə də bu arzu onu ailəsindən bu qədər uzaqlaşdırmağa vadar edib.

O, həm də həvəskar fiqurlu konkisürəndir və sosial mediadakı videolarında buzda necə konki sürdüyünü nümayiş etdirir.
O, dünyanın ən məşhur latın müğənnilərindən birinin cangüdəni kimi çıxış etməklə məşhurlaşsa da, model dərsləri aldığı kadrları paylaşmayıb.
“Mən bütün mesajları görürəm və sevgi dolu mesajlarınıza görə çox minnətdaram”- deyə o yazıb.
Sosial şəbəkələrdə çoxları Orun “Wonder Woman” rolunu oynayan və eyni zamanda İsraildən olan aktrisa Qal Qadota bənzədiyini qeyd edib. O, həmçinin “Miss Congeniality” filmində Sandra Bullokun canlandırdığı FBİ agenti Qreysi Hartla müqayisə edilib. (sfera.az)