Cənubi Çin dənizində, Honq Konq sahilindən 300 kilometr cənub-qərbdə mühəndis gəmisi batıb.
“Unikal” xəbər verir ki, göyərtəsində 30 nəfərin olduğu gəmi bölgədə tüğyan edən tayfunun episentrinə düşərək yarı bölünüb.
Dənizçilərin axtarışı və xilas olunması üçün qəza yerinə təyyarə və helikopterlər göndərilsə də, kəskin hava şəraiti xilasetmə əməliyyatlarına mane olur.
Qeyd olunur ki, dənizdə dalğaların hündürlüyü 10 metrə çatır, görüntü məsafəsi 500 metrə yaxındır.
Follow @7timesaz