Dünya

Cənubi Koreya prezidentindən ŞOK QƏRAR: Onları əhv etdi

Cənubi Koreya prezidentindən ŞOK QƏRAR: Onları əhv etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya prezidenti Yoon Seok-yeol korrupsiya və dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinən ölkənin bir sıra keçmiş yüksək vəzifəli siyasətçiləri və məmurları əfv edib.

Sfera.az bildirir ki, onların arasında 81 yaşlı keçmiş dövlət başçısı Li Myonq Bak da var.

Li Myung-bak 2002-2006-cı illərdə Seulun meri, 2008-2013-cü illərdə prezident olub. O, 10 milyon dollar rüşvət almaq və mənimsəmə ittihamı ilə 17 il həbs cəzasına məhkum edilmişdi. İki il əvvəl məhkum olunan eks-dövlət başçısı qalan 15 ili həbsdə qalmayacaq. Eks Prezident tələb olunan 48 milyon dollar cəriməni də ödəməyəcək, lakin ona 2028-ci ilin may ayına qədər dövlət vəzifəsində işləmək qadağandır.

İstintaq zamanı dindirilən sabiq prezident ona qarşı irəli sürülən ittihamları rədd edərək, hər şeyi həmin vaxt ölkəyə rəhbərlik edən Mun Jaenin başçılıq etdiyi opponentlərinin qisası kimi qiymətləndirib.

Ümumilikdə isə hazırkı prezident 1373 məhkuma amnistiya verib.

Digərləri arasında Cənubi Gyeongsang əyalətinin keçmiş qubernatoru Kim Kyung-soo da əfv edilib.

Siyahıya həmçinin böyük korrupsiya qalmaqalında ittiham olunan bir sıra keçmiş prezidentin katibləri də daxildir.

“Ümid edirəm ki, bu əfvlər milli gücümüzü birləşdirməyə xidmət edəcək”-deyə Cənubi Koreya prezidenti amnistiya haqqında fikirlərini bildirib.

Əfv qərarı çərşənbə günü, dekabrın 28-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Yoon Suk Yeol bununla ikinci dəfə olaraq məhkumları əfv etmək hüququndan istifadə edir. Bu ilin avqustunda o, “Samsung Electronics”in prezidenti Li Çje Yonqa da amnistiya verib.
Xatırladaq ki, bu ilin oktyabrında ABŞ prezidenti Co Bayden marixuana saxlamaqda təqsirli bilinən bütün şəxsləri əfv edib. Lakin bu qərar ABŞ-da birmənalı qarşılanmayıb.