Dünya

Cənubi Koreya və ABŞ-nin müdafiə nazirləri KXDR-in təxribatçı hərəkətlərini pisləyib

Cənubi Koreya və ABŞ-nin müdafiə nazirləri KXDR-in təxribatçı hərəkətlərini pisləyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Respublikası və ABŞ-nin müdafiə nazirləri – Sin Von Sik və Lloyd Austin Sinqapurda “Şanqri-La dialoqu” forumunda keçirilən görüşdə KXDR-in təxribatçı hərəkətlərini pisləyib və qəti cavab vəd ediblər.

7Times.az  xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Müdafiə nazirləri KXDR-i davam edən raket təxribatlarına və təhdid edən ritorikaya, bölgədə gərginliyə səbəb olan ehtiyatsız hərəkətlərə görə tənqid ediblər. Onlar qeyd ediblər ki, mayın 27-də kəşfiyyat peykinin buraxılması uğursuz cəhdi BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Cənubi Koreya və ABŞ KXDR-dən zibil şarlarının göndərməsini Koreya müharibəsindəki atəşkəs şərtlərinin pozulması kimi pisləyib.

Sin Von Sik və Lloyd Austin, Rusiya Federasiyası ilə KXDR arasında silah ticarəti və rusiya texnologiyalarının Pxenyana ötürülməsinin Koreya yarımadası da daxil olmaqla Hind-Sakit Okean bölgəsində sülh və sabitliyi pozduğunu iddia edirlər. Buna ciddi reaksiya verəcəklərini vəd ediblər.

“Report”