Dünya

Cənubi Koreyadan Ukraynaya 2.3 milyard dollarlıq YARDIM

Cənubi Koreyadan Ukraynaya 2.3 milyard dollarlıq YARDIMbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Ukraynaya 2.3 milyard dollarlıq yardım paketi ayırıb.

 

7Times.az   xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

 

NATO-nun Hind-Sakit okean regionunda tərəfdaş ölkələrinin nümayəndələrinin iştirakı ilə Brüsseldə keçirilən görüşdə Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul həmçinin Ukraynaya kömək məqsədilə NATO-nun etimad fondu vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərlərinin reabilitasiyası üçün 12 milyon dollar vəsaitin göndərilməsini təklif edib.

 

Görüşün digər mövzusu Rusiya Federasiyası ilə KXDR arasında hərbi əməkdaşlıq olub. Cənubi Koreya XİN rəhbəri qeyd edib ki, Şimali Koreyaya Rusiya silahları ilə dəstək təkcə Avropanın deyil, həm də Koreya yarımadasının və Hind-Sakit okean regionunun təhlükəsizliyinə təsir edir.

 

“Moskvanın Pxenyana hərbi texnologiyalar və emal olunmuş neft tədarükü qlobal silahların yayılmaması rejimini təhdid edir”, – deyə o bildirib.

Modern.az