Dünya

“Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh üçün sərf etməyin vaxtıdır” – Hakan Fidan

“Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh üçün sərf etməyin vaxtıdır” – Hakan Fidanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh, sabitlik və təhlükəsizlik üçün istifadə etməyin vaxtıdır”.

7Times.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

O, Şuşada olmaqdan məmnunluğunu ifadə edib: “Toplantının qədim Şuşada təşkil edilməsi xoşbəxtlik və qürur mənbəyidir. Azərbaycanlı qardaşlarımızı 30 illik işğala son verdiyi və tarixi ədalətsizliyi aradan qaldırdığı üçün alqışlayırıq”.