Dünya

“Cənubi Qafqazda davamlı sülh Türkiyə və Rusiya üçün faydalıdır” – Ərdoğan

“Cənubi Qafqazda davamlı sülh Türkiyə və Rusiya üçün faydalıdır” – Ərdoğanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci Zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı Azərbaycan-Ermənistan sülh prosesindən danışıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan Azərbaycan-Ermənistan danışıqlarının davamlı sülhə çatmasını arzuladığını bildirib.

O, Cənubi Qafqazda davamlı sabitliyin həm Türkiyə, həm də Rusiya üçün faydalı olduğunu vurğulayıb.

Eyni zamanda, Ərdoğan Putinlə Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Ukraynada davam edən müharibənin ədalətli və davamlı sülh ilə nəticələnməsi üçün səylərini davam etdirir və İstanbul danışıqları bu prosesə töhfə verir.