Dünya

“Cənubi Qafqazda kövrək durum davam edir” – Türkiyə XİN başçısı

“Cənubi Qafqazda kövrək durum davam edir” – Türkiyə XİN başçısıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazda kövrək durum davam edir”.

7Times.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gənc diplomatlarla görüşündə deyib.

Nazir söyləyib ki, İkinci Qarabağ müharibəsi göstərdi ki, “dondurulmuş” münaqişələr nə vaxtsa yenidən alovlana bilir: “Bunun alternativi isə əməkdaşlıqdır. Biz qlobal güc olaraq bütün istiqamətlərdə fəal olmalı, böhranları fürsətə çevirməliyik”.

O bildirib ki, Ukraynadakı müharibə də davam edir: “Proseslərin necə davam edəcəyini heç kim bilmir. Hadisələrin gedişini proqnozlaşdırmaq çox çətindir. Soyuq savaş bitəndən sonra yaranan sistemlərin ömrü çox azdır”.

M.Çavuşoğlunun sözlərinə görə, indi əvvəlki illərlə müqayisədə gələcəyi görmək çox çətindir.

O, həmçinin Avropada İslamafobiya tendensiyalarını tənqid edib və bunun yolverilməz olduğunu deyib.