Dünya

Çexiya Prezidenti Volodimir Zelenskiyə tapança hədiyyə edib

Çexiya Prezidenti Volodimir Zelenskiyə tapança hədiyyə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya Prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenskiyə “CZ 75” tapançası hədiyyə edib.

“Report” xəbər verir ki, o, bu barədə tviterdə paylaşım edib.

P.Pavel Ukrayna xalqının məğlubedilməzliyinin Rusiyaya ağır bir zərbə olduğunu qeyd edib. O, Rusiyaya qarşı döyüşdə Çexiya silahlarının da ukraynalılara kömək etdiyini bildirib:

“Ukraynanın qəhrəmanlığına hörmət əlaməti olaraq mən Volodimir Zelenskiyə əfsanəvi “CZ 75″i təhvil verdim. Bu silah 1975-ci ildə hazırlanıb və o zamandan etibarən bütün dünyada fəal istifadə olunur”.

Xatırladaq ki, P.Pavel də aprelin 29-da Ukraynanın paytaxtı Kiyevə səfər edib.