Çexiyanın Baş naziri Andrey Babiş yumurta hücumuna məruz qalıb.
7Times.az xəbər verir ki, bu haqda məlumatı “CNN Türk” yayıb. Məlumatda qeyd olunur ki, hadisə paytaxt Praqa şəhərində baş verib.
Belə ki, Andrey Babişin yeni kitabının təqdimatı zamanı məkana əllərində “Vaksinlər təhlükəlidir” yazılı plakatlar tutan peyvənd əleyhdarları gəlib.
Hadisə zamanı lentə alınan videodan ölkənin Baş nazirinin kitabını imzalayarkən etirazçıların həfədinə tuş gəldiyini aydın görmək mümkündür.
Bildirilir ki, Baş nazir hadisədən sonra təhlükəsizlik məqsədilə yaxınlıqdakı restoranlardan birinə aparılıb. Praqa şəhər polisi isə insidentlə bağlı iki nəfəri saxlayıb.
Follow @7timesaz