Türkiyədə müxalifətin “Millət İttifaqı”na daxil olan Cümhuriyyət Xalq Partiyasının (CHP) məclisi toplantı keçirib.
7Times.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantının gündəliyindəki əsas mövzu partiyanın irəli sürdüyü namizədlərin yer aldığı proporsional siyahının yekun variantını hazırlamaqdır.
CHP siyahısından ittifaqdakı 5 müttəfiqindən 4-ü – Gələcək, Demokrat, DEVA və Səadət Partiyalarının namizədləri də seçkiyə qatılacaq. İYİ Partiya isə müstəqil proporsional siyahı ilə seçkilərdə iştirak edəcək.
Deputatlığa namizədlərin yekun siyahısı ölkənin Ali Seçki Komissiyası tərəfindən 19 apreldə elan olunacaq.
Qeyd edək ki, artıq 14 mayda keçiriləcək parlament və prezident seçkilərində partiya və namizədlərin seçki bülletenindəki sıralaması püşkatma yolu ilə müəyyənləşdirilib.
Follow @7timesaz