Hadisə

Cığatelin nəvəsinin həlak olduğu qəzanın görüntüləri – FOTOLAR

Cığatelin nəvəsinin həlak olduğu qəzanın görüntüləri – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, şair Cığatel İsaqızıya ağır itki üz verib. Onun 10 yaşlı nəvəsi qəzada vəfat edib.

7Times.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən – Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.