Paraqvay millisinin sabiq qapıçısı Xose Luis Çilavert “Real Madrid”in vingeri Vinisius Juniorun qaradərili futbolçulara qarşı irqçiliklə bağlı sualı ağlaya-ağlaya cavablandırdığı vdeogörüntüyə reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, məşhur futbol veteranı şəxsi “X” hesabı üzərindən dəfələrlə rasizmdən şikayətlənən Vinisiusa müraciət edib:
“Zəif olma. Futbol kişi oyunudur”.
Xatırladaq ki, Vinisius son olaraq martın 17-də, İspaniya La Liqasının 29-cu turu çərçivəsində “Osasuna”ya qarşı keçiridikləri oyunda (4:2) rəqib azarkeşlərin təzyiqinə məruz qalıb.
Follow @7timesaz